Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Tərtər rayonunun Suqovuşan qəsəbəsində yerləşən qədim alban kilsəsi ətrafında aparılan araşdırmalar maraqlı faktları üzə çıxarıb.
Kilsə haqqında yayılan məlumatlarda onun guya 1898-ci ildə tikildiyi və Qarabağ zonasında ənənəvi alban dini memarlıq məktəbinin elementlərini daşıdığı göstərilir. Lakin diqqətlə araşdırıldıqda abidənin alban memarlıq üslubunun təhrif olunaraq erməni kilsəsi kimi təqdim edilməsi cəhdləri aydın görünür.
Müşahidələr göstərir ki, kilsənin tikilmə üslubu günəşə ibadət edən albanların inanc izlərini daşıyır. Qapı və pəncərələrin gündoğan tərəfə istiqamətlənməsi də bunu təsdiqləyir. Əksinə, erməni kilsələrinin əsas qapıları və pəncərələri işıqdan uzaq, qaranlıq tərəfə yönəldilir.
Araşdırmada həmçinin vurğulanır ki, ermənilər tarixi abidəyə müdaxilə edərək qapı və divarlara erməni xaçları əlavə ediblər, üzərinə erməni əlifbası ilə yazılar yazıblar. Materialların analizi göstərir ki, bu müdaxilələrin heç bir qədimliyi yoxdur və əsasən sonradan – 18–19-cu əsrlərlə heç bir əlaqəsi olmayan dövrlərdə əlavə edilib.
Alban memarlıq üslubunun özünəməxsus ornamentləri – atəşpərəstlik və göy cisimlərinə ibadət motivləri də abidədə açıq görünür. Divar ornamentləri, sütun elementləri və inşaat texnikası qədim alban kilsələrinin xüsusiyyətlərini daşıyır.
Professor Zaur Əliyevin araşdırmasına görə, kilsə 1898-ci ildə təmir olunub, lakin onun ilkin forması qədim alban məbədinə əsaslanır. Ermənilərin isə bu irsi saxtalaşdırmaq üçün zorla qriqoryan simvollarını əlavə etdiyi aşkar edilib.
“Daşların və sonradan müdaxilə edilən hissələrin laboratoriya analizi aparılacağı təqdirdə, bura ermənilərə və onların qriqoryan məzhəbinə aid olmadığını tam sübut etmək mümkündür”, – deyə Prof. Dr. Zaur Əliyev bildirib.