Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Atalar oğulların kölgəsidir...
O kölgə həm səni qoruyar, həm də səni böyük, güclü, kölgəli adam kimi göstərər. Atan yoxdursa, arxan, dayağın, kölgən də olmur. Bəlkə də elə buna görə "Atasız adamın kölgəsi olmaz" kimi deyim də var.
Mən, səni çox tez itirdim, ATA. O vaxt səni itirmiş hesab edirdim, amma dərk edəndən sonra anladım ki, səni itirsəm də, daha böyük, daha qüdrətli bir arxa, dayaq, daha böyük, daha sərin kölgə tapdım, əbədi kölgə...
Bəlkə də bir kölgənin xiffətini çəkdiyimdən həyatımın qayəsi kölgəli adam olmaq idi, deyəsən, artıq bunu az da olsa, bacarmışam...
Sən yoxluğunda var olan bir qüdrətsən. Bir ömür rəhmətlə bitib hikmətə qədər ucalırsa, onun üçün ölüm yoxdur, son yoxdur, olsa-olsa əbədiyyət vardır...
Şəhadətə ucalıb şəhidlər diyarına köçməsəydin, bu gün bu fani dünyada 67 yaşın tamam olacaqdı. Nə bilirik, bəlkə də o tərəfdə həyat elə sən istədiyin, arzu elədiyin kimi davam edir.
Hər nədirsə, hikmətdir, ilahi hikmətə isə sorğu-sual olmaz. Doğum günün kutlu olsun, ruhun şad olsun, BÖYÜK KİŞİ...
Zaur Əhməd, jurnalist
1 Aprel 2026, 0:36 - 28
Paylaş: