Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
“Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 11 fevral 2022-ci ildə 1122-Q79-4008 qeydiyyat nömrəsi ilə qeyd alınmışdır.
“Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyi icra orqanlarının hazırkı tərkibi 4 nəfərdən ibarətdir: Sədr, sədr müavini və 2 nəfər üzv
“Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyi Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin №2023 2284 əmtəə nişanına sahibdir.
Əmtəə nişanının sahibi “Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyidir.
Əmtəə nişanı aşağıda göstərilən əmtəələr (xidmətlər) üçün qeydiyyata alınmışdır:
41-ci sinif – Mədəniyyət və maarifləndirici məqsədlər üçün sərgilərin, konfransların və seminarların təşkili və keçirilməsi, konfransların və seminarların təşkili və keçirilməsi
44-cü sinif – Meşə və meşə massivlərinin bərpası
Mühafizə olunmayan elementlər: Əmtəə nişanında “Sosial Təşəbbüslər ictimai birliyi” söz birləşməsi müstəqil hüquqi mühafizə obyekti deyildir. Əmtəə nişanında “VƏTƏN BAĞI” söz birləşməsi elementlərinə ayrı-ayrılıqda müstəqil hüquqi mühafizə verilmədən bütövlüklə qorunur.