Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
27 Sentyabr – Anım Günü münasibətilə Azərbaycan Milli QHT Forumunun (AMQF) rəhbərliyi və Forumun üzv təşkilatlarının nümayəndələri II Fəxri Xiyabanı ziyarət ediblər.
Ziyarətdə Vətənimizin ərazi bütövlüyü, suverenliyi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları üzərinə tər qərənfillər düzülüb və ruhlarına dualar oxunub.
Tədbirdə AMQF üzvü olan "Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyini təşkilatın İdarə Heyətinin sədri Emin Tarverdiyev təmsil edib.
Anım mərasimində vurğulanıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə şəhidlərimizin qanı və canı bahasına başa gəlib. Xalqımızın azadlığı və dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən qəhrəman övladlarımızın əziz xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!













27 Sentyabr 2026, 17:01 - 64
Paylaş: