Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Böyük məmnuniyyətlə içtirakçısı olduğum “Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu”nda çox mühüm mesajlar səsləndirildi.
Bu mesajlardan biri də ondan ibarət idi ki, müasir dövrdə QHT-lərin missiyası yalnız layihələr həyata keçirmək və tədbirlər təşkil etməklə məhdudlaşmır. Biz QHT rəhbərlərinin üzərinə cəmiyyətin maarifləndirilməsi, ictimai etimadın gücləndirilməsi, milli maraqların qorunması, dezinformasiya və informasiya manipulyasiyalarına qarşı mübarizə, eləcə də ölkəmizin uğurlarının beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində böyük məsuliyyət düşür.
Artıq QHT sektorunda kəmiyyət göstəricilərindən keyfiyyətə, formal fəaliyyətdən real nəticələrə keçid zamanıdır. Hər bir təşkilat öz fəaliyyət sahəsində ixtisaslaşmalı, hədəf auditoriyası ilə düzgün kommunikasiya qurmalı və cəmiyyət üçün ölçülə bilən fayda yaratmalıdır.
Xüsusilə də Tarixi Zəfərimizin ildönümü ərəfəsində bir həqiqəti unutmamalıyıq: Zəfəri qazanmaq qədər onu qorumaq, milli birliyimizi möhkəmləndirmək və gələcək nəsillərə ötürmək də hər birimizin məsuliyyətidir.
Biz QHT rəhbərləri olaraq bu məsuliyyəti dərindən dərk etməli, sözümüzlə, fəaliyyətimizlə vətəndaş cəmiyyətinin gücünü nümayiş etdirməliyik. Çünki güclü vətəndaş cəmiyyəti güclü dövlətin, sağlam ictimai münasibətlərin və milli həmrəyliyin mühüm dayaqlarından biridir.
Əməkdaşlıq, birlik və ortaq məsuliyyət naminə hər birimizə uğurlar!
Elnurə Abuşova,
Ailə və Uşaqlara Sosial Dəstək İB-nin sədri
7 Noyabr 2026, 15:37 - 117
Paylaş: