"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Kifayət Niftəliyeva: IV QHT Əməkdaşlıq Forumu çox əhəmiyyətli oldu


Azərbaycan qeyri-hökumət təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, təcrübə mübadiləsinin aparılması və qarşılıqlı əlaqələrin genişləndirilməsi məqsədilə təşkil olunan ənənəvi tədbirlər ictimai sektor nümayəndələri tərəfindən yüksək qiymətləndirilir. Gəncə şəhərində keçirilən IV QHT Əməkdaşlıq Forumunun yekunları və tədbirin əhəmiyyəti barədə təəssüratlarını bölüşən “Qadın dünyası” İctimai Birliyinin rəhbəri Kifayət Niftəliyeva qeyd edib: QHT Agentliyi tərəfindən QHT-lərin Əməkdaşlıq Forumunun keçirilməsi artıq gözəl bir ənənəyə çevrilib. 
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyevin, həmçinin QHT Agentliyi İdarə Heyətinin sədri dəyərli Aygün xanımın, eləcə də Agentliyin peşəkar komandasının təşkilatçılığı ilə Forumun keçirildiyi iki gün ərzində çox lazımlı bilgilər əldə edə bildik, yeni tanışlıqlar qazandıq. Eyni zamanda, əvvəldən tanıdığımız dostlarımızın uğur hekayələri ilə tanış olduq.

İki gün ərzində Agentliyin rəhbərliyi və əməkdaşları tərəfindən hər bir iştirakçıya göstərilən diqqət və qayğının şahidi olduq. Panel müzakirələrində fikir mübadilələri ilə yanaşı, zamanın tələbindən irəli gələn vacib məlumatlar da əldə etdik.

Forumda həmçinin dövlətimiz tərəfindən istər ölkəmizin, istərsə də vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı qarşıda duran prioritet vəzifələr barədə mühüm mesajlar aldıq.

Bir daha Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Tural Əliyevə, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin sədri Aygün xanım Əliyevaya və agentliyin səmimi, işgüzar kollektivinə öz dərin təşəkkürümü bildirirəm! Siz möhtəşəm Forumun möhtəşəm təşkilatçıları idiniz!

Agentliyə, iştirakçılara, o cümlədən bütün QHT-lərə gələcək fəaliyyətlərində uğurlar arzu edirik!

7 Noyabr 2026, 14:55 - 93

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar