Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Zəfərimizin ildönümü ərəfəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə qədim və qəhrəmanlıq diyarı Gəncə şəhərində baş tutan IV QHT Əməkdaşlıq Forumu ictimai sektor nümayəndələrinin yaddaşında dərin izlər buraxıb. Tədbirin təəssüratlarını bölüşən “Aşıq Pəri məclisi Ozan Sənətinin Təbliği” İctimai Birliyinin rəhbəri Pərvanə Mustafayeva qeyd edib:
5-6 noyabr tarixlərində QHT Agentliyinin təşkilatçılığı ilə Zəfərimizin ildönümünü qeyd etmək məqsədilə İctimai Birlik rəhbərləri olaraq qədim və qəhrəmanlıq tariximizlə seçilən Gəncə şəhərinə səfərimiz yaddaşımızda silinməz izlər buraxdı. Bu gözəl səfər yalnız maraqlı tədbirlər və görüşlərlə deyil, həm də səmimi ünsiyyət, dostluq və birlik ruhu ilə yadda qaldı. Hər bir tədbirin yüksək səviyyədə təşkili, yaradılan xoş ab-hava və bizə göstərilən diqqət və qayğı olduqca təqdirəlayiqdir.
Bu gözəl təşəbbüsə və ictimai fəallığa görə Agentliyin bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm. Xüsusilə öz mehribanlığı, diqqətçiliyi, qayğıkeşliyi və yüksək təşkilatçılıq bacarığı ilə hər birimizin qəlbində xoş təəssürat yaradan Agentliyin rəhbəri Aygün xanıma xüsusi təşəkkürümü çatdırmaq istəyirəm. Belə insanların əməyi tədbirlərə yalnız yüksək səviyyə deyil, həm də xüsusi bir səmimiyyət və doğmalıq bəxş edir.
Gəncədən xoş xatirələr, yeni dostluqlar, gözəl duyğular və Zəfər qüruru ilə ayrıldıq. Əməyi keçən hər kəsə təşəkkür edir, birliyimizin, həmrəyliyimizin və Zəfər sevincimizin daima olmasını arzulayıram!
7 Noyabr 2026, 14:49 - 336
Paylaş: