Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Azərbaycan qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi, təcrübə mübadiləsinin aparılması və qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində keçirilən növbəti irimiqyaslı tədbir ictimai sektor nümayəndələri tərəfindən yüksək qiymətləndirilib. Gəncə şəhərində reallaşan IV Əməkdaşlıq Forumunun əhəmiyyəti və tədbirdə qəbul edilən müraciət barədə Kistik Fibroz Xəstələrinə Yardım İB-nin və Nadir Xəstəliklər Təşkilatları İttifaqının rəhbəri Səadət Bayramova bildirib:
Gəncədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyining təşkilatçılığı ilə IV QHT Əməkdaşlıq Forumu keçirildi. İki gün davam edən forumda 400-ə yaxın QHT nümayəndəsi iştirak etdi. Zəfər Günü ərəfəsində keçirilən bu dəyərli forum həm təcrübə mübadiləsi, həm öyrənmək, həm də yeni əməkdaşlıqlar qurmaq baxımından olduqca əhəmiyyətli idi.
Forumun yüksək səviyyədə təşkili, yaradılan səmimi və fəal mühit üçün Agentliyə, xüsusilə Aygün xanıma, Tural müəllimə və bütün kollektivə dərin təşəkkürümü bildirirəm. Hər bir əməkdaşın diqqəti, fəallığı və səmimiyyəti xüsusi qeyd olunmalıdır. Agentlik hər il daha maraqlı və faydalı təşəbbüslərlə QHT sektorunun inkişafına, əməkdaşlığın güclənməsinə mühüm töhfə verir.
Gəncədə keçirilən Azərbaycan QHT-lərinin dördüncü Əməkdaşlıq Forumunun iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanladılar.
Həmin müraciətdə qeyd olunurdu:
“Cənab Prezident, biz Azərbaycan QHT-ləri Sizin yanınızdayıq, Sizinləyik və dövlətimizin inkişafı, milli maraqlarımızın qorunması, xalqımızın birliyi və həmrəyliyi naminə müəyyən etdiyiniz strateji hədəflərin həyata keçirilməsində öz töhfəmizi verməyə hazırıq. Zəfər xalqımızın qüruru, suverenliyimiz dövlətimizin əbədi sərvəti, Azərbaycançılıq məfkurəsinə əsaslanan milli birliyimiz isə gələcək qələbələrimizin təminatıdır!”
7 Noyabr 2026, 14:33 - 113
Paylaş: