"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Lalə Sərdarlı: Gəncə Forumu vətəndaş cəmiyyəti institutlarının gələcək inkişafına yeni yanaşmalar qazandırdı


IV QHT Əməkdaşlıq Forumu ölkəmizdə qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təkmilləşdirilməsi, təcrübə mübadiləsinin aparılması və yeni əməkdaşlıq körpülərinin qurulması baxımından mühüm platformaya çevrilib. Tədbirdə spiker qismində çıxış edən və forumun ideya-məzmun yükünü yüksək qiymətləndirən “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin sədri Lalə Sərdarlı təəssüratlarını belə bölüşüb: Bu möhtəşəm Forumun əhəmiyyəti, mənə görə, onun məzmunundan da daha geniş məna daşıyan missiyasında – vətəndaş cəmiyyəti institutlarının gələcək inkişafına yeni düşüncə, yeni yanaşma və əməkdaşlıq imkanları qazandırmasındadır. Burada səslənən fikirlər, aparılan müzakirələr və yaranan səmimi ünsiyyət mühiti QHT-lərin öz fəaliyyətlərini daha da təkmilləşdirməsi, yeni hədəflərə doğru inamla irəliləməsi üçün dəyərli zəmin yaradır.

Bu forumda təşkilatımızı təmsil edərək spiker qismində çıxış etmək mənim üçün böyük şərəf idi. İstədim ki, həmkarlarımla yalnız əldə etdiyimiz uğurları deyil, həm də həmin uğurlara aparan axtarışları, yanaşmaları, zəhməti və formalaşdırdığımız fəaliyyət mexanizmlərini bölüşüm. Çünki inanıram ki, bir təşkilatın qazandığı təcrübə başqaları üçün də faydalı olduqda, fərdi nailiyyət ümumi inkişafa çevrilir. Bu təcrübədən qarşılıqlı bəhrələnmək isə ölkəmizdə vətəndaş cəmiyyəti institutlarının daha inamlı addımlarla irəliləməsinə, bütövlükdə cəmiyyətimizin, xalqımızın və dövlətçiliyimizin inkişafına dəyərli töhfələr verə bilər.

Gəncədəki görüşün yaratdığı səmimi ab-hava, həmkarlarımızla ünsiyyət və ortaq məqsədlər ətrafında yaranan birlik hissi məndə son dərəcə xoş və unudulmaz təəssüratlar yaratdı. İnanıram ki, bu forumda yaranan ideyalar gələcəkdə yeni təşəbbüslərə, möhkəm tərəfdaşlıqlara və birgə uğurlara çevriləcək.

 

7 Noyabr 2026, 14:17 - 59

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar