Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Qeyri-hökumət təşkilatları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və təcrübə mübadiləsinin aparılması baxımından mühüm əhəmiyyət daşıyan ənənəvi platformalardan biri də uğurla davam etdirilir. Gəncə şəhərində keçirilən IV Əməkdaşlıq Forumunun təsirli nəticələri və tədbirin yaratdığı imkanlar barədə fikirlərini bölüşən Qan Donorları Assosiasiyasının sədri Fuad Əsgərov bildirib: Qeyri-Hökumət Təşkilatlarının IV Əməkdaşlıq Forumunda iştirak etməkdən çox məmnun qaldım.
Forum sözün əsl mənasında vətəndaş cəmiyyəti nümayəndələri arasında əməkdaşlıq imkanlarını genişləndirir, yeni tanışlıqlara, fikir mübadiləsinə və səmərəli kommunikasiyaya yol açır.
Artıq dördüncü ildir ki, ardıcıl olaraq bu forumda iştirak etmək imkanım olur. Hər dəfə forumdan xoş təəssüratlarla, müsbət emosiyalarla və yeni əməkdaşlıq perspektivləri ilə ayrılıram.
Bu mühüm platformanın təşkilinə və vətəndaş cəmiyyəti nümayəndələrinə yaratdığı imkanlara görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə Qan Donorları Assosiasiyası İctimai Birliyinin çoxsaylı üzvləri və İdarə Heyəti adından dərin təşəkkürümüzü bildiririk.
Əminik ki, bu forum yeni təşəbbüslərin, daha güclü tərəfdaşlıqların və uğurlu əməkdaşlıq nümunələrinin yaranmasına töhfə verəcək.
7 Noyabr 2026, 14:24 - 100
Paylaş: