"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

“Vətən Bağı”nın ilk meyvələri – ümidə və sevincə körpü


 Bu gün “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin qadın və uşaq sığınacağını ziyarət edib.

Görüş zamanı ev sahibi – “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova qonaqları salamlayaraq, sığınacaq sakinlərinə “Vətən Bağı”nın fəaliyyəti barədə məlumat verib.

Daha sonra “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev çıxış edərək səfərin məqsədini açıqlayıb:
“Dörd il öncə ‘Vətən Bağı’ Şəhidlər Parkının təməlini qoyanda tək bir niyyətimiz vardı – şəhidlərimizin adını yaşatmaq. O zaman düşünmürdük ki, illər sonra bu ağaclar bar verəcək. Bu gün isə həmin bağın meyvələrini sığınacaq sakinləri ilə bölüşməkdən böyük qürur duyuruq. Bizə ilk dəstəyi verən Tərtər rayonunun icra hakimiyyətinin başçısı Müstəqim Məmmədova və bu layihənin reallaşmasına töhfə verən hər kəsə minnətdarıq. Eyni zamanda səmimi qəbula və görüş üçün şərait yaratdığına görə Mehriban xanım Zeynalovaya təşəkkür edirik.”

Paylaş: