Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
23 oktyabr 2026-cı il tarixində Hüseyn Cavidin Ev Muzeyində Hüseyn Cavidin anadan olmasının 144, Türkoloji Qurultayın 100 illiyi münasibətilə “Cavid və Türkoloji düşüncə” mövzusunda Respublika elmi konfransı keçirilib.
Konfransda müxtəlif elmi müəssisələrin və ali təhsil ocaqlarının nümayəndələri, ədəbiyyatşünaslar, sənətşünaslar, tədqiqatçılar və muzey əməkdaşları iştirak ediblər.
Elmi tədbirin əsas məqsədi Hüseyn Cavidin zəngin ədəbi-bədii irsinin türkoloji düşüncə kontekstində araşdırılması, onun yaradıcılığında türkçülük ideyalarının, milli-mənəvi dəyərlərin, dil və kimlik məsələlərinin elmi müstəvidə təhlili, eləcə də I Türkoloji Qurultayın tarixi və mədəni irsinin öyrənilməsi olub.
Əyani və onlayn formatda təşkil olunan konfransda Hüseyn Cavid yaradıcılığının müxtəlif istiqamətlərini əhatə edən elmi məruzələr dinlənilib. Təqdim olunan məruzələrdə Hüseyn Cavidin ədəbi-fəlsəfi dünyagörüşü, türk dünyasının ortaq mədəni dəyərlərinə münasibəti, yaradıcılığında milli kimlik, humanizm və bəşəri idealların ifadəsi, həmçinin türkoloji düşüncənin ədəbiyyat, dil, teatr və muzeyşünaslıq müstəvisində təzahürləri müxtəlif aspektlərdən təhlil olunub.
Konfransın sonunda məruzələr ətrafında elmi müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
“Cavid və Türkoloji düşüncə” mövzusunda keçirilən elmi konfrans Hüseyn Cavid irsinin daha dərindən araşdırılması, türkoloji tədqiqatların inkişafı, milli-mədəni irsin qorunması və elmi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətli tədbir olub.




24 Oktyabr 2026, 17:50 - 198
Paylaş: