"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Türkiyə hərbçiləri “Sarsılmaz Qardaşlıq” təlimi üçün Azərbaycandadır


Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti “Sarsılmaz Qardaşlıq” adlı hərbi təlimdə iştirak etmək məqsədilə Azərbaycana gəlib.
Vetenbagi.az xəbər verir ki, bu barədə məlumat Türkiyənin Milli Müdafiə Nazirliyinin "X" (keçmiş Twitter) sosial şəbəkəsindəki rəsmi hesabında paylaşılıb. Məlumata görə, Türkiyə və Azərbaycan nümayəndələri arasında Həsrət körpüsündə bayraq mübadiləsi həyata keçirilib.
Qeyd edək ki, “Sarsılmaz Qardaşlıq” kompüter dəstəkli komanda-qərargah təlimi 12–19 iyun tarixlərində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Silahlı Qüvvələrinin iştirakı ilə keçiriləcək.

Paylaş: