Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Dünya çempionatının təsnifat mərhələsində E qrupunda ilk oyun keçirilib. Türkiyə millisi səfərdə Gürcüstan yığması ilə qarşılaşıb və gərgin mübarizə şəraitində 2:3 hesabı ilə qalib gəlib.
Qonaqlar matçın 3-cü dəqiqəsində Mert Müldürün qolu ilə önə keçiblər. Daha sonra Kerem Aktürkoğlu 41-ci və 52-ci dəqiqələrdə fərqlənərək dubla imza atıb. Gürcüstan millisindən Zuriko Davitaşvili 63-cü dəqiqədə hesabı azaltmağa nail olub.
71-ci dəqiqədə Türkiyə ciddi itki ilə üzləşib – Barış Yılmaz qırmızı vərəqə alaraq meydanı tərk edib. Görüşün əlavə olunmuş vaxtında, 90+8-ci dəqiqədə isə Xviça Kvaratsxeliya fərqi minimuma endirib.
Buna baxmayaraq, yekunda Türkiyə millisi 2:3 hesablı səfər qələbəsi ilə Dünya çempionatının təsnifat mərhələsinə uğurlu start verib.
Paylaş: