Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Sentyabrın 9-da Koreya Respublikasının paytaxtı Seul şəhərində Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmizin turizm imkanlarının tanıdılması məqsədilə mətbuat konfransı və şəbəkələşmə tədbiri baş tutub.
Tədbirdə media qurumları, turizm agentlikləri, hotellər, həmçinin “Korean Air”, “Flydubai” və “Qatar Airways” kimi beynəlxalq aviaşirkətlərin nümayəndələri də daxil olmaqla, 80-dən çox iştirakçı yer alıb.
Konfrans zamanı koreyalı jurnalistlərə Azərbaycanın turizm potensialı və bu sahədəki son yeniliklər barədə geniş məlumat təqdim olunub.
Görüşdə Azərbaycan Respublikasının Koreya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov da iştirak edib.
Şəbəkələşmə proqramının davamı olaraq keçirilən B2B formatlı müzakirələrdə yerli turizm şirkətləri, hotellər və beynəlxalq aviaşirkətlərin nümayəndələri ilə koreyalı turizm agentlikləri arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
Paylaş: