"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Sərhəd pozucusu yaxalandı


Dövlət sərhədini pozan şəxs saxlanılmışdır. Bu barədə saytımzıa qurumdan məlumat verilib.
Dövlət sərhədinin təhlükəsizliyi və etibarlı mühafizəsinin təmin edilməsi istiqamətində mübarizə tədbirləri uğurla davam etdirilir. Sentyabr ayının 8-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilmişdir. Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozan İraq Respublikası vətəndaşı – 2006-ci il təvəllüdlü Gburi Ameer Wisman saxlanılmışdır. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Paylaş: