"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Şəhidlərin ruhuna sayğısızlıq – qanun işə düşdü


Bakıda Şəhidlər Xiyabanında qeyri-etik hərəkətlər edən əcnəbi turistlər ictimai qınağa səbəb olub. Sosial şəbəkələrdə yayılan görüntülərdə onların müqəddəs məkanın ab-havasına yaraşmayan davranışları cəmiyyətdə haqlı narazılıq doğurub.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları dərhal araşdırmaya başlayıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, üç əcnəbi şəxs saxlanılıb və onların barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 245-ci maddəsi (“Qəbir üzərində təhqiredici hərəkət”) üzrə iş açılıb.

Hadisə ictimaiyyət tərəfindən ciddi etirazla qarşılanıb. Millət vəkilləri və ekspertlər hesab edirlər ki, müqəddəs məkanlarda bu cür hərəkətlər yolverilməzdir və əcnəbi vətəndaşlara qarşı qanun çərçivəsində sərt tədbirlər görülməlidir.

Hazırda istintaq davam edir.

Paylaş: