"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Şəhid övladının uğuru – Gülay İbrahimova tələbə adını qazandı


Avqustun 28-də Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş Ruzi İbrahimovun qızı, Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olunan Gülay İbrahimova ilə görüşüb.

Nazir gənc tələbəni təbrik edərək, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin və Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun təbriklərini çatdırıb və onların adından hədiyyələr təqdim edib.

Elxan Nəcəfov görüş zamanı vurğulayıb ki, dövlət hər zaman şəhid ailələrinin yanında olub:
“Şəhid övladları Vətənə əmanətdir. Onların uğurları bizim üçün qürur və iftixar mənbəyidir.”

Şəhid Ruzi İbrahimovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Paylaş: