Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Öz qanları ilə dastan yazan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğullarımız heç vaxt unudulmayacaq. Belə igidlərimizdən Əhmədov Məsum Əhməd oğlu 11 iyun 1997-ci ildə xidmət etdiyi Şahbuz rayonunun Salvartı yüksəkliyində düşmən hücumunun qarşısını alarkən şəhidlik zirvəsinə ucalmışdır. Bu gün şəhidimizi anım günü ilə əlaqədar Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini, başçının səlahiyyətlərini müvəqqəti icra edən Sara Hüseynova, icra hakimiyyətinin əməkdaşları, Sosial Xidmətlər Agentliyinin Culfa rayon Sektorunun müdiri və şəhidimizin ailə üzvləri məzarı başında yad ediblər.
Paylaş: