Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Kəngərli Rayon Mədəniyyət Sarayında keçirilən sərgidə dövlət qurumlarının nümayəndələri, şəhid ailələri və müharibə iştirakçıları iştirak ediblər.
Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Kəngərli Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Emin Quliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Naxçıvan Muxtar Respublikası Təşkilatının sədri Rövşən İsmayılhanlı, Vətən müharibəsi veteranı Qasım Qasımov və rəssam Şəmsəddin Böyükdüzlünün çıxışları dinlənilib. Çıxışlarda Vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin daim uca tutulmasının vacibliyi, gənc nəsildə vətənpərvərlik ruhunun formalaşmasında incəsənətin mühüm rolu vurğulanıb.
Qeyd edilib ki, Şəmsəddin Böyükdüzlü yaradıcılığı boyunca şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə indiyədək 1600-dən çox portret çəkib. Onların arasında Kəngərli rayonundan olan 25 şəhidin portreti də var.
Çıxışların ardınca şəhid ailələrinə portretlər təqdim olunub və xatirə fotoları çəkilib.