Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Qəbələ şəhəri Şirvan Bulqədirov adına 5 nömrəli tam orta məktəbdə Qəbələ rayonu üzrə təhsil sektorunun və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qəbələ Şəhər Komitəsinin birgə təşkilatçılığı 2025-2026-cı tədris ili üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan məzunlarla görüş keçirilib. Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyətinin başçısının müavini Ətayə Osmanova Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan təhsil strategiyasının ölkə prezidenti İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirildiyini qeyd etmiş, hər il rayon üzrə ali məktəblərə qəbul olan məzunların sayının artmasının bunun bariz nümunəsi olduğunu diqqətə çatdıraraq, tələbələrə uğurlar arzulamışdır. Çıxış edənlər ali məktəblərə daxil olan gəncləri tələbə adına layiq görülmələri münasibətilə təbrik edərək, onlara vətənimizə, xalqımıza gərəkli mütəxəssis kimi yetişməyi arzulamış, müəllimlərin və valideynlərin etimadını doğrultmağı, rayonun adını daim uca tutmağı tövsiyə etmişlər. Bildirilmişdir ki, ölkəmizdə təhsilin inkişafına göstərilən böyük dövlət qayğısı nəticəsində bu sahədə əldə olunan uğurlar, qazanılan nailiyyətlər günbəgün artır. Tədbir zamanı çıxış edən məzunlar, onların valideynləri və təhsil işçiləri gənclərə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildirmişlər. Sonda qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərən məzunlara hədiyyələr təqdim olunmuş və xatirə şəkli çəkdilmişdir.
Paylaş: