"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

"Qarabağ" nəhənglərlə döyüşə çıxır


UEFA Çempionlar Liqasının liqa mərhələsinin püşkatması bu gün Monakoda baş tutdu və Azərbaycan futbolunun qüruru olan “Qarabağ”ın rəqibləri müəyyənləşdi.

Qitənin ən mötəbər klub turnirində 36 komanda mübarizə aparacaq və “Qarabağ” 4-cü səbətdə yer alıb. Püşkatmada Ağdam təmsilçisinin qarşısına həm Avropanın futbol nəhəngləri, həm də mübariz orta səviyyəli klublar çıxıb.
Azərbaycanı təmsil edən “Qarabağ”ın püşkatmada iştirakını klubun vitse-prezidenti Fevzihan Aras, baş direktor Emrah Çelikel, idarə heyətinin üzvü Asif Əsgərov, əməliyyatlar departamentinin rəhbəri Fərid Ağayev və kommunikasiya departamentinin rəhbəri Anar Hacıyev təmin edib.

 “Qarabağ”ın rəqibləri:

Çelsi (İngiltərə) – oyun Bakıda

Liverpul (İngiltərə) – oyun səfərdə

Benfika (Portuqaliya) – oyun səfərdə

Ayntraxt Frankfurt (Almaniya) – oyun Bakıda

Ayaks (Niderland) – oyun Bakıda

Napoli (İtaliya) – oyun səfərdə

Atletik Bilbao (İspaniya) – oyun səfərdə

Kopenhagen (Danimarka) – oyun Bakıda

Ağdam təmsilçisi liqa mərhələsində 4 görüşünü Bakıda, 4 oyununu isə səfərdə keçirəcək. İlk turda Qurban Qurbanovun komandası İngiltərə nəhəngi “Çelsi”ni Tofiq Bəhramov adına Respublika Stadionunda qəbul edəcək.

Çempionlar Liqasının liqa mərhələsinə sentyabrın 16-18-də start veriləcək. Qarşıdakı aylarda Azərbaycan futbolsevərləri Bakıda tarixi oyunların şahidi olacaqlar.

Paylaş: