"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

"Qarabağ" Avropanı silkələdi


Ağdam təmsilçisi bu gün Bakıda böyük uğura imza atıb. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən cavab görüşündə "Qarabağ" Macarıstanın "Ferensvaroş" klubunu qəbul edib. Görüş saat 20:45-də start götürüb.

Matçı dünyanın ən tanınmış hakimlərindən biri – fransalı Kleman Tyurpen idarə edib. Qeyd edək ki, Tyurpen 2022-ci ildə Çempionlar Liqasının ("Liverpul" – "Real"), 2021-ci ildə isə Avropa Liqasının ("Vilyareal" – "Mançester Yunayted") final oyunlarının da baş hakimi olub.

İlk qarşılaşmada səfərdə 3:1 hesabı ilə qalib gələn Qurban Qurbanovun komandası cavab matçında isə 2:3 hesabı ilə məğlub olsa da, iki oyunun nəticəsinə görə ümumi üstünlüyü qoruyaraq tarixində ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəldi.

Xatırladaq ki, "Qarabağ" daha əvvəl – 2017-ci ildə də Avropanın ən mötəbər klub turnirinin qrup mərhələsində mübarizə aparmışdı.

Paylaş: