"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Professor vəfat etdi


Riyaziyyat üzrə fəlsəfə doktoru Məhəmməd Namazov vəfat edib. 
Məhəmməd Namazov 21 dekabr 1951-ci ildə Naxçıvan şəhərində anadan olub. 1958-1969-cu illərdə 7 saylı orta məktəbdə, 1970-1974-cü illərdə isə Naxçıvan Dövlət Universitetinin Riyaziyyat ixtisasında təhsil alıb.
Əmək fəaliyyətinə 1975-ci ildə başlayıb. 1975-1980-ci illərdə Babək rayonunun Çeşməbasar kənd tam orta məktəbində müəllim kimi çalışıb. 1980-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin Ümumi riyaziyyat kafedrasında laborant vəzifəsində fəaliyyət göstərib. 1992-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.

Elmi-pedaqoji fəaliyyəti dövründə riyaziyyat sahəsində ixtisaslı kadrların hazırlanması, elmi biliklərin gənc nəslə aşılanması istiqamətində mühüm xidmətlər göstərib. 25 elmi məqalənin və 4 dərsliyin müəllifidir.

Allah rəhmət eləsin.

Paylaş: