Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində keçirilən "Araz-Naxçıvan" - "Alanyaspor" oyunu ilə bağlı Naxçıvan təmsilçisinin baş məşqçi Elmar Baxşıyev bunları bildirib: "Hazırlığımız plan üzrə gedir. Bugünkü matçdakı rəqibimiz Türkiyə Super Liqası komandasıydı. "Alanyaspor"la oyunda da demək olar, heyətin bütün üzvlərinə şans verdik. Hamını məşqlə paralel oyunda da yoxlamaq istəyirik. Oyundan oyuna daha yaxşı təsir bağışlayırıq. Əlbəttə səhvlər, çatışmazlıqlar olur. Biz də bu cür matçlarda həmin problemləri aşkarlamaq, məşqlərdə aradan qaldırmağa istəyirik. Uşaqlar çox istəklidirlər. Bu da sevindirici məqamdır. Ümumi götürdükdə, komandanın performansından razı qaldım".
Qeyd edək ki, yoxlama matçı 0-0 hesabı ilə yekunlaşıb.