"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Norviçdə keçirilən beynəlxalq festivalda Azərbaycan və Türkiyə mədəniyyəti təqdim olunub


İngiltərənin Norviç şəhərindəki Şərqi İngiltərə Universitetində (University of East Anglia) “Go Global - 2025” festivalı keçirilib. Hər il təşkil olunan və müxtəlif xalqların nümayəndələrinin qatıldığı festivalda universitetin tələbə cəmiyyətləri öz milli mədəniyyətlərini nümayiş etdirir. Bu barədə Diasporla iş üzrə Dövlət Komitəsinin rəsmi saytı məlumat yayıb.
Festivalda “Türk və Azərbaycan Tələbə Cəmiyyəti” də iştirak edib. Cəmiyyət üzvlərinin səsləndirdiyi milli musiqilər, ifa olunan Azərbaycan və türk rəqsləri tədbir iştirakçılarının marağı ilə qarşılanıb. Diasporla İş üzrə Dövlət Komitəsinin təmin etdiyi müxtəlif təbliğat materialları nümayiş olunub. Cəmiyyət mədəniyyətlərarası dialoqun inkişafına töhfə verməklə yanaşı, müxtəlif ölkələrdən olan tələbələrə Azərbaycan və Türkiyənin tarixini, adət-ənənələrini, mədəni dəyərlərini tanıdır, mədəni müxtəlifliyi təşviq edir.

Paylaş: