"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Naxçıvanda şəhid ailələri üçün Novruz tədbiri


Naxçıvanda Novruz bayramı ərəfəsində şəhid ailələri və onların övladları üçün “Yurdumuza bahar gəlir” adlı böyük bayram tədbiri keçirilib. Tədbir Naxçıvan Şəhid Ailələri İctimai Birliyi, “Ləzzət Group” və “Sirab” ASC-nin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Qəhrəman şəhidlərimizin bizə əmanət etdiyi ailələrinin və övladlarının yanında olmaq məqsədilə təşkil olunan tədbirdə əvvəlcə Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərimizin əziz xatirəsinə Quran ayələri oxunub.
Şəhid ailələri, ictimaiyyət nümayəndələri və şəhid övladları iştirak etdiyi, birlik və mərhəmət ruhunun yaşandığı görüşdə şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirdə çıxış edənlər qeyd edib ki, Novruz bayramı xalqımızın birlik, mərhəmət və paylaşma kimi ali dəyərlərini özündə əks etdirir. Ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğı onların sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan tarixi Zəfər sayəsində bu gün xalqımız Novruz bayramını qalib xalq kimi böyük qürur hissi ilə qeyd edir. Əzəli torpaqlarımız olan Qarabağda həyat yenidən canlanır, genişmiqyaslı quruculuq işləri aparıldığı tədbir iştirakçılarının  diqqətinə çatdırılıb.
Şəhid övladları üçün əyləncəli proqramlar təşkil olunub, musiqili çıxışlar təqdim edilib. Sonda şəhid ailələrinə təşkilatçılar tərəfindən bayram hədiyyələri təqdim olunub.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.
Bəxtiyar ƏLİYEV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi

 

 

 

 

 

 

 

22 Mart 2026, 20:26 - 101

Paylaş: