"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Kahramanmaraş Universitetində Nizami Gəncəvi zalı açıldı


Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin konfrans salonuna Azərbaycanın tanınmış şairi, türk dünyası ədəbiyyatının zirvəsi Nizami Gəncəvinin adı verilib.

Kahramanmaraş Sütçü İmam Universiteti Azərbaycan milli mədəniyyətini və türk dünyasının ortaq dəyərlərini təbliğ etmək məqsədilə universitetin konfrans zalına Azərbaycanın tanınmış şairi, türk dünyası ədəbiyyatının zirvəsi Nizami Gəncəvinin adının verilməsinə qərar verib. 
Məsələyə dair razılıq Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin rektoru Prof. Dr. Alptekin Yasım arasında keçirilən görüşdə əldə olunub. Tərəflər ortaq dəyərlərimizin, tariximiz, mədəniyyətimizin təbliğinə yönəlmiş birgə layihələr həyata keçirəcəklər.

 

Paylaş: