"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Jurnalist Bakıda döyüldü


Bakıda jurnalist döyülüb. Hadisə “Jurnalistlərin binası”nda qeydə alınıb. 
“Vetenbagi.az” lent.az-a istinadən xəbər verir ki, döyülən jurnalist Rahib Qəribdir. Bu barədə jurnalistin özü açıqlama verib. 
Kliniki Tibbi Mərkəzdə müalicə aldığını bildirən Rahib Qərib hadisə haqqıda bunları deyib: "Gecə saatları "TikTok”da hərbi geyimdə canlı yayımda idim. Avtomobilimdə olan emblemi izləyicilərimə göstərmək üçün həyətə düşdüm. Səhlənkarlıq nəticəsində istəmədən qarşıdakı "Range Rover” markalı avtomobilə cüzi zədə yetirmişəm. Bunun üstündə maşının sahibi və qohumu mənimlə dalaşdı. Xəsarətlər aldım. Təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparıldım. Xəstəxanadan srağa gün buraxılmışam. Ayağım sınıb. Hazırda polis məsələni araşdırır. Sonadək gedəcəm ki, cəzalarını alsınlar”.
Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Paylaş: