"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

İcra başçısı şəhid ailəsini ziyarət etdi


İcra başçısı şəhid ailəsini ziyarət etdi


Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov  “Konstitusiya və Suverenlik İli” çərçivəsində Vətən müharibəsi şəhidi Elnur Hüseynovun ailəsini ziyarət edib

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Eldar Əsədovla  birlikdə Kəbirli kəndində Vətən müharibəsi şəhidi Hüseynov Elnur Əhliman oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıblar.

Elnur Hüseynov 1990-cı ilin aprel ayının 16-da Tərtər rayonunun Kəbirli kəndində anadan olub.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə savaşıb. 2020-ci ilin noyabr ayının 11-də Tərtər-Ağdərə istiqamətində gedən döyüşlərdə şəhid olub. Tərtər rayonunun Kəbirli kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Elnur Hüseynov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, "Döyüşdə fərqlənməyə görə", "Vətən müharibəsi iştirakçısı" və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.Ailəli idi 2 övladı yadigar qalıb.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz  minnnətdarlıqlarını bildiriblər.

Paylaş: