Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Azərbaycan milli komandasının üzvü, iranlı futbolçu Höccət Haqverdi karyerasının gələcəyi ilə bağlı açıqlama verib. “Neftçi” klubundan ayrılan 32 yaşlı müdafiəçi bildirib ki, İsraillə başlayan müharibə onun yeni müqavilə imzalamasını gecikdirib. “İranda müqavilə imzalamağı planlaşdırırdım. Amma müharibə hər şeyi dəyişdi. Özüm hazırda İranda deyiləm. Gözləməkdən başqa çarəm yoxdur. Bəlkə də başqa bir ölkəyə keçid edəcəyəm”, – deyə o bildirib. Haqverdi yaxınlarının təhlükəsiz olduğunu da əlavə edib: “İranda çoxlu qohumum var. Şükür ki, hamısı yaxşıdır. Qardaşım da oradadır və hər şey qaydasındadır. Döyüşlər əsasən hərbi obyektlərin ətrafında gedir, ona görə insanlar nisbətən təhlükəsizdir”. Təcrübəli oyunçu müharibə mövzusunu açmaq istəmədiyini də qeyd edib. Qeyd edək ki, Höccət Haqverdi əslən İranın Məşhəd şəhərindəndir.
Mənbə: teleqraf.az