"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Emin Tarverdiyev : Sağlam həyat – Naxçıvan gənclərinin seçimi


Bu ilin yay aylarında (iyun-iyul) “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə Naxçıvan Muxtar Respublikasında “Naxçıvan gəncləri narkotiklərə qarşı” mövzusunda 5 təlimi baş tutdu. 

Bu təlimlər yalnız məlumat vermək üçün deyil, həm də gənclərin dünyagörüşünü genişləndirmək, onların sağlam həyat tərzinə bağlılığını gücləndirmək məqsədilə təşkil olunmuşdu. Narkotik yalnız fərdi həyat deyil, ailələri və bütöv cəmiyyətə təsir edən ciddi təhlükədir. Ona görə də gənclərin maariflənməsi, onların bu məsələyə həssas yanaşması çox önəmlidir.

Təlimlərdə iştirak edən gənclərin fəallığı, sualları və açıq fikir mübadiləsi məni çox sevindirdi. Onların qətiyyətlə “narkotikə yox” deməsi sadəcə söz deyil, gələcəyin sağlam və məsuliyyətli vətəndaşlarının təməlidir. Təlimlər göstərdi ki, Naxçıvan gəncliyi yalnız təhsil almaqla kifayətlənmir, həm də həyat seçimlərində ağıllı və düşüncəlidir.

Mənim üçün ən önəmli məqam onların bu məsələyə səmimi və həssas münasibət göstərməsidir. Bu, sabahımızın sağlam və güclü olacağına inam yaradır. Fikrimcə, belə təşəbbüslər davam etdikcə gənclərimizin bilik və düşüncələri zənginləşəcək, onlar yalnız öz həyatlarını deyil, cəmiyyətin inkişafını da düşünəcək.

Naxçıvan gəncliyinə güvənmək olar – çünki onlar sağlam gələcəyimiz üçün qətiyyətlə “yox” deməyi bacarırlar.

Emin Tarverdiyev
“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri

Paylaş: