"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Emin Tarverdiyev Naxçıvanda şəhid Rüstəm Nəcəfovun anasını ziyarət etdi


"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev Naxçıvanda şəhid Rüstəm Nəcəfovun anası Şövkət Nəcəfovanı ziyarət edib.

Bu barədə birlik sədri  məlumat verib. O bildirib ki, 1993-cü ildə döyüşlərdə şəhid olan Rüstəm Nəcəfovun anası Şövkət Nəcəfova ilə görüşündə şəhidimizin qəhrəmanlığından, dövlətimizin şəhid ailələrinə diqqət və qayğısından söz açılıb. Ziyarət üçün birlik sədrinə təşəkkür edən Şövkət xanım onun şəhid ailələrini daim diqqətdə saxladığını bildirib və işlərinə xeyir-dua verib. 

Qeyd edək ki, "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə reallaşdırdığı növbəti layihəsi Naxçıvan Muxtar Respublikasında baş tutacaq. Emin Tarverdiyev bildirib ki, "Naxçıvan gənclərinin sağlamlığı naminə “Narkotikə yox” adlı layihə çərçivəsində Muxtar Respublikaya səfərləri zamanı şəhid ailələrini ziyarət etmək davamlı olacaq: "İmkan daxilində şəhidlərimizin ailələrini ziyarət edəcəyik, onlara təsəlli olmağa çalışacağıq".

 

 

 

Paylaş: