Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
"Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri Emin Tarverdiyev “Cebhe.info” xəbər portalının yaranmasının və “Cümhuriyət” qəzetinin fəaliyyətinin bərpa olunmasının 10 illiyi münasibətilə kollektivə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
Hörmətli Rəfael müəllim, əziz “Cebhe.info” və “Cümhuriyət” kollektivi!
“Cebhe.info” xəbər portalının yaranmasının və “Cümhuriyət” qəzetinin fəaliyyətinin bərpa olunmasının 10 illiyi münasibətilə Sizi və rəhbərlik etdiyiniz dəyərli kollektivi ürəkdən təbrik edirəm.
Bu illər ərzində “Cebhe.info” obyektivliyi, peşəkarlığı və operativliyi ilə oxucuların güvənini qazanmış, Azərbaycan mediasının aparıcı söz tribunalarından birinə çevrilmişdir. Xüsusilə qeyd etmək istəyirəm ki, “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin fəaliyyətini daim işıqlandıraraq vətəndaş cəmiyyətinin inkişafına da öz töhfənizi vermisiniz.
İnanıram ki, qarşıdakı illərdə də “Cebhe.info” və “Cümhuriyət” qəzeti həqiqətin və ədalətin səsi olaraq fəaliyyətini davam etdirəcək, ictimai rəyin formalaşmasına, milli-mənəvi dəyərlərin təbliğinə xidmət edəcəkdir.
Sizə və dəyərli kollektivinizə möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları və uzunömürlülük arzulayıram.
Bir daha yubileyiniz mübarək olsun!