"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

63 ürək, bir qürur: Şuşa Yolunda


Avqustun 13-də Naxçıvan Muxtar Respublikasında yaşayan 63 şəhid övladı, valideynləri ilə birlikdə müqəddəs Şuşa şəhərinə ikigünlük qürur səfərinə çıxacaq.

Səfər Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayacaq. “Cahan Şirkətlər Qrupu” MMC-nin və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin əməkdaşları ilə birlikdə şəhid övladları Ulu Öndərin xatirəsini ehtiramla yad edəcəklər.

Bakıda səfər iştirakçılarını “Cahan Şirkətlər Qrupu”nun nümayəndələri və Azərbaycan Respublikasının əməkdar artisti Bəhram Bağırzadə qarşılayacaq. Onlara Qarabağın şanlı tarixinə dair kitablar təqdim ediləcək.

Qəhrəman şəhid övladlarının istirahəti “Xarıbülbül” otelində təşkil olunacaq. Onlar Şuşa, Xankəndi və Ağdam şəhərlərinə səfər edərək, tarixi məkanlar, mədəni abidələr və təbiət möcüzələri ilə tanış olacaqlar. Səfərin ən təsirli anlarından biri isə uşaqların “Şuşanı təsvir edirəm” adlı rəsm sərgisində iştirakı olacaq.

Bu səfər, yalnız bir gəzinti deyil — milli qürurumuzun, torpaq sevgimizin və şəhidlərimizin əziz xatirəsinin yaşadılması missiyasıdır. Məqsəd, Vətən uğrunda canından keçən igidlərin bizə əmanət qoyduğu övladlara işğaldan azad edilmiş yurdlarımızı göstərmək, onlarda vətənə sevgi və qürur hisslərini daha da gücləndirməkdir.

Paylaş: