Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Tərtər rayonunda “Dini radikalizm və ekstremizmin təhlükələri” mövzusunda müzakirə “Sülh aylığı” çərçivəsində keçirilib. Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur Regional bölməsi, Tərtər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşəbbüsü ilə təşkil olunub.
Tədbirdə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur Regional şöbəsinin aparıcı məsləhətçisi İsmət Rəhimov, Tərtər Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, Yeni Azərbaycan Partiyası rayon təşkilatının nümayəndəsi Gündüz Alıkişiyev və ictimaiyyətin digər üzvləri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, tədbirin əsas məqsədi dini radikalizm və ekstremizmin cəmiyyətə gətirdiyi mənfi təsirləri geniş ictimaiyyətə çatdırmaq, xüsusilə gənclər arasında vətəndaş həmrəyliyini və milli-mənəvi dəyərləri möhkəmləndirməkdir. Eyni zamanda, dövlət və cəmiyyətin dini radikalizmə qarşı birgə fəaliyyət göstərməsinin vacibliyi vurğulanıb.
Tədbir mövzu ətrafında fikir mübadiləsi ilə yekunlaşıb və iştirakçıların sualları cavablandırılıb.
22 Sentyabr 2025, 21:13 - 96
Paylaş: