Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Bakı Limanının ərazisində sahəsi 32 sot olan müvəqqəti TIR park ərazisi istifadəyə verilib. Bu barədə saytımıza qurumdan məlumat verilib. Təhlükəli yüklər daşıyan ümumilikdə yeddi yük avtomobilinin parklanması bu ərazidə mümkündür. Park ərazisində birinci kateqoriyalı təhlükəli yüklər üçün iki, ikinci və üçüncü kateqoriyalı yüklər üçün isə beş parklanma zonası yaradılıb. Ərazi 24 saat rejimində mühafizə olunur, yanğınsöndürmə kommunikasiya xətləri və hidrantla təchiz edilib. Eyni zamanda burada təhlükəli yüklərin əraziyə dağılması zamanı qabaqlayıcı tədbirlərin görülməsi üçün zəruri vasitələr mövcuddur. Park sahəsi həmçinin təhlükəli yüklərlə davranış qaydalarını əks etdirən müvafiq nişanlarla təmin edilib. Qeyd edək ki, təhlükəli yüklər üçün müvəqqəti ayrılmış bu sahənin və mövcud infrastrukturun gələcəkdə daha da genişləndirilməsi və inkişaf etdirilməsi nəzərdə tutulur.
22 Sentyabr 2025, 22:08 - 93
Paylaş: