Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Sentyabrın 22-də Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində Anım Gününə həsr olunan tədbir keçirilib. Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda qəhrəmanlıq göstərərək canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən iştirakçılar bildiriblər ki, 27 sentyabr qüdrətli Azərbaycanın ən yeni tarixinin – şanlı Zəfər salnaməsinin, 30 illik işğala və ikiəsrlik tarixi ədalətsizliyə son qoyan 44 günlük Vətən müharibəsinin başlandığı, Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib illərlə düşmən tapdağı altında qalan torpaqlarımızın azadlığı uğrunda səfərbər olduğu gündür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə ölkəmizdə Anım Günü kimi qeyd edilən bu gün ölməz qəhrəmanların əziz xatirəsini hər zaman uca tutan Azərbaycan xalqının şəhid ruhlarına ali ehtiramının göstəricisidir. Qeyd edilib ki, 44 gün davam edən Vətən müharibəsi yaradılmış güclü iqtisadiyyat, mükəmməl ordu quruculuğu, Azərbaycana münasibəti köklü şəkildə dəyişmiş beynəlxalq siyasət və özünü “dəmir yumruq” kimi göstərmiş xalq-iqtidar birliyi əsasında şanlı qələbə ilə başa çatdı. Bu tarixi Qələbə təkcə hərbi yox, həm də mənəvi zəfər idi. Bu Zəfərin əsasını isə canından, qanından keçərək Vətən torpağını müqəddəs bilən şəhidlərimiz qoydu. Sonda xalqımızın öz şəhidlərinin, qəhrəman övladlarının xatirəsini daim uca tutduğu və onların müqəddəs amal uğrunda göstərdikləri fədakarlıq gələcək nəsillər üçün başlıca örnək olduğu bildirilib. Sonda Anım Gününə həsr olunan film nümayiş etdirilib.
22 Sentyabr 2025, 21:24 - 82
Paylaş: