"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Şirvanda məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib


Şirvan şəhər Elçin İmanov adına 10 nömrəli ümumtəhsil orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici görüş təşkil olunub.

Tədbirdə Şirvan şəhəri üzrə təhsil sektorunun müdiri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şirvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxış edənlər vurğulayıblar ki, narkomaniya gənclərin sağlamlığını məhv edən, gələcəyini təhlükə altına atan ən təhlükəli bəlalardan biridir. Qeyd olunub ki, hər bir gənc narkotik vasitələrdən uzaq durmalı, sağlam həyat tərzini seçməlidir.

Maarifləndirici görüşdə iştirakçılara narkotiklərin zərərləri barədə geniş məlumat verilib, gənclərin bu təhlükədən qorunması yolları açıqlanıb. Məktəblilərin mövzu ilə bağlı sualları cavablandırılıb, onları maraqlandıran məsələlər izah edilib.

Sonda bildirilib ki, narkomaniyaya qarşı mübarizədə hər bir şəxsin üzərinə mühüm məsuliyyət düşür və bu mübarizədə ən güclü silah maariflənməkdir.

 

26 Sentyabr 2025, 21:58 - 78

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar