"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Şirvanda antiterror əməliyyatının ildönümü ilə bağlı tədbir keçirilib


Şirvan şəhər Elçin İmanov adına 10 nömrəli tam orta məktəbdə 2023-cü il sentyabrın 19-da başlamış lokal antiterror əməliyyatının ikinci ildönümünə həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunan tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsi, həmçinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Çıxışlarda vurğulanıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və rəşadətli Ordumuzun peşəkarlığı sayəsində qısa müddət ərzində ölkəmizin suverenliyi bərpa olunub, Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyəti tamamilə dayandırılıb.

Tədbirdə həmçinin qeyd olunub ki, 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror əməliyyatı yalnız hərbi qələbə deyil, eyni zamanda beynəlxalq hüquqa əsaslanan ədalətin təmin olunması kimi tarixi əhəmiyyət daşıyır.

Sonda iştirakçılara əməliyyatla bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.

21 Sentyabr 2025, 20:56 - 203

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar