"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Şirvan məktəbində Sülh Günü


21 sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə Şirvan şəhəri Elçin İmanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbində geniş tədbir təşkil olunub. Məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə keçirilən tədbirin məqsədi sülhün bəşəri dəyər kimi təbliği, gənc nəslin bu amal ətrafında birləşməsi, həmçinin şagirdlərdə humanizm, tolerantlıq və qarşılıqlı hörmət hisslərinin gücləndirilməsi olub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ardınca Ulu Öndər Heydər Əliyevin xatirəsi, eləcə də Vətənin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş qəhrəmanların ruhu bir dəqiqəlik sükutla yad olunub.

Şagirdlərin ifasında ədəbi-bədii kompozisiya, sülh mövzusunda şeirlər, vətənpərvərlik və dostluq ideyalarını əks etdirən mahnılar və rəqs nömrələri təqdim olunub. Çıxışlar iştirakçılar tərəfindən alqışlarla qarşılanıb, sülhün qorunmasının və xalqlar arasında həmrəyliyin önəmi bir daha diqqətə çatdırılıb.

Məktəbin direktoru Zümrüd Əliyeva çıxışında qeyd edib ki, sülh insanlığın ən böyük arzusu və ali nemətidir. Onun sözlərinə görə, müasir dövrdə sülhün möhkəmləndirilməsi üçün hər bir vətəndaş, xüsusilə gənclər üzərinə mühüm vəzifələr düşür. “Gənclərin dostluq, əməkdaşlıq, tolerantlıq və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi gələcəyin etibarlı təminatıdır”, – deyə Z.Əliyeva vurğulayıb.

Tədbir “Sülh Günü”nə həsr olunmuş videoçarxın nümayişi ilə yekunlaşıb.

 

 

 

22 Sentyabr 2025, 19:10 - 239

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar