Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Banklar Assosiasiyasının (ABA) birgə təşkilatçılığı ilə həyata keçirilən “Sən tək deyilsən” layihəsinin istiqamətlərindən biri olan “Gələcəyə əmin addımlarla” proqramı çərçivəsində universitetə qəbul olunmuş şəhid xanımları ilə görüş keçirilib.
Tədbirin əsas məqsədi qəhrəmanlarımızın əmanəti olan şəhid xanımların təhsilinə dəstək göstərmək, onların gələcək həyat yoluna inam və güvənini artırmaqdır.
Layihə çərçivəsində bildirilib ki, şəhid xanımlarının hər uğuru və nailiyyəti xalqımız üçün qürur, şəhidlərimizin ruhu üçün isə rahatlıq deməkdir.
Qeyd olunub ki, dövlətin və cəmiyyətin diqqət və qayğısı sayəsində şəhid ailələrinin övladları və xanımları yalnız xatirələrlə deyil, həm də yeni ümidlərlə gələcəyə addımlayırlar.

30 Sentyabr 2025, 21:55 - 124
Paylaş: