Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Babək rayonunun Çeşməbasar kəndindən olan qəhrəman şəhid Əliyev Elbrus Ələkbər oğlunun mövlud günü münasibətilə məzarı ziyarət olunub. Ziyarət zamanı şəhidin ruhuna dualar oxunub, onun Vətən uğrunda göstərdiyi şücaət və fədakarlıq böyük ehtiramla yad edilib.
Əliyev Elbrus Ələkbər oğlu 1973-cü ildə Babək rayonunun Çeşməbasar kəndində anadan olub. Orta məktəbi başa vurduqdan sonra bir müddət Naxçıvan Yol Təmiri İdarəsində fəhlə kimi çalışıb. 1992-ci il martın 23-də hərbi xidmətə çağırılaraq əvvəlcə Naxçıvanda, daha sonra isə Sədərəkdə xidmət edib.
1992-ci il mayın 18-də səhər saatlarında erməni silahlı birləşmələrinin Sədərək istiqamətində ağır zirehli texnika ilə qəfil hücumu zamanı Elbrus Əliyev Ucubiz dağının zirvəsində yerləşən postda xidmət aparırdı. O, qeyri-bərabər döyüşdə son damla qanına qədər vuruşaraq qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalıb.
Paylaş: