"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Regionlarda gənclərə verilən dəyər və kadr potensialının gücləndirilməsi


Müasir Azərbaycan dövlətinin gənclər siyasətində ən mühüm istiqamətlərdən biri də regionlarda yaşayan gənclərin potensialının üzə çıxarılması və onların cəmiyyətə fəal inteqrasiyasıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət nəticəsində bu gün ölkənin hər bir bölgəsində gənclərin inkişafı üçün geniş imkanlar yaradılıb. Region gəncləri artıq təkcə izləyici deyil, proseslərin fəal iştirakçısına çevriliblər. Bu, həm dövlətin onlara göstərdiyi etimadın, həm də yaradılan münbit şəraitin nəticəsidir. Gənclərin təhsil alması, şəxsi inkişafı, məşğulluğu və liderlik bacarıqlarının artırılması istiqamətində həyata keçirilən layihələr bu gün konkret nəticələr verir. Regionlarda yetişən savadlı, təşəbbüskar və məsuliyyətli kadrlar həm yerli, həm də milli səviyyədə müxtəlif sahələrdə uğurla fəaliyyət göstərirlər. Bu istiqamətdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin bölgələrdəki fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Mərkəzin təşəbbüsü ilə keçirilən təlimlər, seminarlar, mentorluq proqramları və layihələr gənclərin bilik və bacarıqlarını artırmaqla yanaşı, onların gələcək peşə və karyera həyatında uğurlu mövqe tutmasına mühüm dəstək verir. Ən önəmlisi isə bu imkanların hər bir region gəncinə əlçatan olmasıdır. Bütün bu fəaliyyətlərin mərkəzində dayanan əsas fikir aydındır: Azərbaycanın sabahı savadlı, düşüncəli və vətəninə bağlı gənclərin çiyinləri üzərində yüksələcək. Dövlət başçısının gənclərə olan inamı, regionlarda aparılan məqsədyönlü işlər və mövcud kadr potensialı bir daha göstərir ki, ölkəmizin gələcəyi etibarlı əllərdədir.

Kərim Boyaqçızadə, Gənclərin İnkişaf və Karyera Mərkəzinin "Regionun Gənc Lideri" proqramının İsmayıllı üzrə lideri

Paylaş: