"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Prezidentdən Naxçıvanla bağlı yeni fərman


Prezident İlham Əliyev Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) Naxçıvanla bağlı yeni vəzifələr həvalə edib.

Dövlət başçısının imzaladığı fərmana əsasən, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”nə dəyişiklik edilib. Dəyişikliyə görə, Agentlik Bakı şəhərinin inzibati ərazisində və Naxçıvan Muxtar Respublikasında nəqliyyat qovşaqlarının (nəqliyyat mübadilə mərkəzlərinin) və yeni avtomobil duracaqlarının (qarajlarının) yaradılması, layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər görəcək, həmçinin onların mövcud vəziyyətinə nəzarəti həyata keçirəcək.

Fərmana uyğun olaraq, Nazirlər Kabineti və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qarşıya qoyulan vəzifələrin icrasını təmin etməlidir.

30 Sentyabr 2025, 20:57 - 112

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar