"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Ordubadda 27 Sentyabr – Anım Günü qeyd olunub


Ordubad Rayon Mədəniyyət Sarayında 27 Sentyabr – Anım Günü münasibətilə “44 günlük Zəfər tariximizin başlanğıc günü” adlı tədbir keçirilib.

Tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin deputatları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, hərbçilər, eləcə də rayon ictimaiyyəti iştirak edib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

İcra başçısı Rəcəb Rəhimli çıxışında Anım Gününün həm kədər, həm də qürur günü olduğunu vurğulayıb. O, 44 günlük Vətən müharibəsinin Azərbaycanın tarixində şərəfli səhifə kimi yaddaşlarda qalacağını, bu günün gələcək nəsillərə vətənpərvərlik ruhunun aşılanmasında mühüm əhəmiyyət daşıdığını bildirib. Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə əldə edilən Qələbənin, eləcə də işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq işlərinin xüsusi önəm daşıdığı qeyd olunub.

Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tibb üzrə fəlsəfə doktoru Elmar Rzayev və Veteranlar Təşkilatının sədri Fərrux Nağızadə çıxış edərək şəhidlərin qəhrəmanlığından və onların canı, qanı bahasına qazanılan Zəfərin xalqımız üçün qürur mənbəyi olmasından danışıblar.

Tədbirin bədii hissəsində isə “Vətənin qəhrəmanı” adlı ədəbi-bədii kompozisiya təqdim olunub. Kompozisiyada şəhidlərin fədakarlığı, Vətən uğrunda göstərdikləri qəhrəmanlıq və xalqımızın həmrəyliyi bədii formada canlandırılıb.

25 Sentyabr 2025, 20:19 - 93

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar