"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Nazir müşavirə keçirdi


Sentyabrın 22-də Daxili İşlər Nazirliyində videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib. Müşavirə ölkəmizdə baş tutacaq III MDB Oyunları zamanı ictimai asayişin qorunması və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.

Nazir, general-polkovnik Vilayət Eyvazov giriş nitqində bildirib ki, Azərbaycan son illərdə bir çox nüfuzlu beynəlxalq idman yarışlarına ev sahibliyi edib və daxili işlər orqanları bu tədbirlərdə ictimai təhlükəsizliyin təminində ciddi təcrübə qazanıb.

Qeyd olunub ki, 2025-ci ildə “MDB-nin idman paytaxtı” elan edilən Gəncə şəhəri ilə yanaşı ölkəmizin daha 6 şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək keçiriləcək III MDB Oyunları dövründə polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş rejimində xidmət aparacaqlar.

22 Sentyabr 2025, 19:35 - 76

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar