"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Naxçıvanlı gənclər Anım Günündə şəhidlərin xatirəsini ehtiramla yad ediblər


27 Sentyabr – Anım Günü münasibətilə Naxçıvanda gənclərin iştirakı ilə anım tədbiri keçirilib. Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək İctimai Birliyinin üzvləri və Naxçıvan Müəllimlər İnstitutunun tələbələri bu münasibətlə Şəhidlər Xiyabanını ziyarət ediblər.

Ziyarət zamanı ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman oğul və qızlarımızın xatirəsi ehtiramla yad olunub. Şəhidlərin məzarları önünə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Gənclər vurğulayıblar ki, bu ziyarət sadəcə bir anım mərasimi deyil, həm də onların üzərinə düşən mənəvi məsuliyyətin ifadəsidir. Onlar bildiriblər ki, şəhidlərin qəhrəmanlığı, göstərdikləri fədakarlıq heç vaxt unudulmayacaq və gələcək nəsillərə ötürülməsi hər bir gəncin müqəddəs borcudur.

Tədbir iştirakçıları qeyd ediblər ki, şəhidlərin xatirəsini yaşatmaq təkcə hörmət əlaməti deyil, həm də vətənə sədaqətin, milli birlik və həmrəyliyin simvoludur.

 

 

 

 

 

28 Sentyabr 2025, 11:25 - 72

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar