Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Prezident İlham Əliyev Naxçıvan şəhərində orta əsrlər Azərbaycan memarlığının görkəmli nümayəndəsi Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, qüdrətli sənətkarın abidəsi Naxçıvan şəhərində ucaldılacaq. Bununla yanaşı, layihənin icrası Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə həvalə olunub.
Əcəmi Naxçıvani memarlıq tariximizdə Şərq dünyasının ən böyük sənətkarlarından biri kimi tanınır. Onun yaratdığı abidələr əsrlərdir Azərbaycan mədəniyyətinin və memarlığının inciləri sırasında yer alır.
18 Sentyabr 2025, 18:13 - 112
Paylaş: