Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Naxçıvan Müəllimlər İnstitutunun kollektivi 27 Sentyabr – Anım Günü münasibətilə Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərin məzarını ziyarət edib.
Təhsil ocağının rəhbərliyi, professor-müəllim heyəti və tələbələr qəhrəman Vətən övladlarının məzarları önünə gül dəstələri qoyaraq onların əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən institutun rektoru vəzifələrini icra edən Elşən Məmmədov şəhidlərin Azərbaycan xalqı üçün daim qürur mənbəyi olduğunu vurğulayıb:
“Şəhidlərimizin qəhrəmanlığı sayəsində bu gün biz müstəqil və güclü bir ölkədə yaşayırıq. Onların müqəddəs xatirəsini heç vaxt unutmayacağıq, qəhrəmanlıq yolu isə gələcək nəsillər üçün daim örnək olacaq”.
Ziyarət şəhidlərin ruhuna duaların oxunması və onların xatirəsinə ehtiram nümayişi ilə başa çatıb.


26 Sentyabr 2025, 21:03 - 99
Paylaş: